• Bakı 16° C

    1.1 m/s

"Qəza baş versə, təkcə Ermənistan zərər çəkməyəcək" - Nazir müavini

SİYASƏT

01 Sentyabr 2024 | 23:01 | Müəllif: Gülşən Şərif

"Qəza baş versə, təkcə Ermənistan zərər çəkməyəcək" - Nazir müavini

Azərbaycan Ermənistandakı AES-lə bağlı narahatlığını ifadə edib. 

Bakıvaxtı.az unikal-a istinadən xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov "Azadlıq" radiosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, atom elektrik stansiyası dünya standartlarına cavab vermir. O, qəza baş verəcəyi təqdirdə təkcə Ermənistanın zərər çəkməyəcəyini vurğulayıb.

Xatırladaq ki, avqustun 30-da axşam saatlarında Metsamor Atom Elektrik Stansiyasının fövqəladə söndürmə rejimində enerji sistemindən ayrıldığı məlum olub. Dayanmaya səbəb ildırım vurması olub, nəticədə stansiyanın təhlükəsizlik sistemləri stansiyanı təhlükəsiz dayanma rejiminə keçirib. Lakin dünən atom elektrik stansiyası yenidən enerji sisteminə qoşulub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026