• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəzzada girov saxlanılan 4 israilli həlak oldu

DÜNYA

09 Oktyabr 2023 | 14:38 | Müəllif: Qalib İbrahimoğlu

Qəzzada girov saxlanılan 4 israilli həlak oldu

HƏMAS İsrailin Qəzza zolağını bombardman etməsi nəticəsində bölgədə girov olan 4 israillinin öldüyünü bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü, Əbu Obeyda "Telegram" hesabında bildirib.

"İşğalçının bu gecə və bu gün Qəzza zolağını bombalanması 4 düşmən əsirinin öldürülməsinə və onları əsir götürən Qəssam Mücahidinin şəhid olmasına səbəb olub", o paylaşımında bildirib/apa.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənub bölgəsinə hücumu nəticəsində 700-dən çox şəxs öldürülüb, 140-dan çox israilli HƏMAS silahlıları tərəfindən girov götürülüb. Girov götürülənlər arasında hərbçilərlərlə yanaşı, mülki sakinlər - qadınlar, uşaqlar, yaşlılar var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026