Qrenlandiyanın baş naziri Mute Bourup Egede ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dövründə bu ölkə ilə əməkdaşlığı artırmağa hazır olduqlarını bildirib.
Bakıvaxtı.az KNR-ə istinadla xəbər verir ki, Egede Qrenlandiyanın bölgədə əhəmiyyətli bir mövqeyə malik olduğunu vurğulayıb:
" ABŞ, Rusiya və Çin kimi böyük güclər bundan faydalanmağa çalışacaq. Biz isə bu vəziyyəti təhlükə kimi yox, əməkdaşlıq fürsəti kimi qiymətləndirməliyik. Trampla dialoqa başladıq və biz əməkdaşlıq imkanlarını analiz edirik".
Baş nazir Trampın Qrenlandiya ilə bağlı açıqlamalarının narahatlıq doğurduğunu bildirib və hərbi qarşıdurmadan qaçmağın vacibliyini vurğulayıb.
Əli Hüseynov