• Bakı 32° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Avtomobil körpüdən aşdı - yaralananlar var - FOTO

CƏMİYYƏT

04 Avqust 2025 | 14:42

Avtomobil körpüdən aşdı - yaralananlar var - FOTO

Quba-Xınalıq yolunda minik avtomobili körpüdən aşaraq çay yatağına düşüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Şəki rayon sakini 61 yaşlı Sərdar Abbasovun idarə etdiyi 90-KE-880 dövlət nömrə nişanlı "Toyota Corolla" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək körpünün məhəccərlərinə çırpılıb. Zərbənin gücündən nəqliyyat vasitəsi məhəccərləri qıraraq çaya düşüb.

    Nəticədə avtomobildə olan sərnişinlər Səbuhi Abbasov və Vüsalə Rəcəbova müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. TƏBİB onların vəziyyətlərinin orta-ağır olduğunu açıqlayıb: "Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (biri kişi, biri qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    1976-cı il təvəllüdlü şəxsə (qadın cinsli) fəqərənin kompression sınığı, bir neçə sağ qabırğanın sınığı, döş qəfəsinin küt travması diaqnozu, 1996-cı il təvəllüdlü şəxsə isə (kişi cinsli) bel fəqərələrinin, sol qabırğaların və sol kürək sümüyünün sınığı diaqnozları təyin olunub.

    Zəruri tibbi xidmətlər göstərildikdən sonra hər iki şəxs Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir".


    SON XƏBƏRLƏR