Misir və Qəzza zolağının sərhədində yerləşən "Rəfah" keçid məntəqəsi noyabrın 1-də açılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al-Qahera al-Ekhbariya" televiziya kanalı bildirib.
Məlumata əsasən, "Rəfah" keçid məntəqəsi müəyyən sayda yaralı və ağır xəstə fələstinlini qəbul etmək üçün açılacaq.
















