Rusiya və İran arasında hərtərəfli saziş hələ imzalana bilməz, lakin sənədin mətni tam razılaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
S.Lavrov bildirib ki, Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında əməkdaşlıq haqqında dövlət müqaviləsinin mətni tam razılaşdırılsa da, hələ ki, imzalana bilməz.
O qeyd edib ki, sazişin imzalanması üçün bir sıra prosessual qanunvericilik məsələləri yerinə yetirilməlidir.
Günel Abbas