Fransada yerləşən Ruen kilsəsində yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ruen şəhərinin meri məlumat yayıb.
Məlumatda kilsənin üst hissəsinin naməlum səbəbdən yandığı bildirilir.
Qeyd edək ki, 11-ci əsrdə başlayan Ruen Kilsəsinin tikintisi XVI əsrdə İntibah dövründə tamamlanıb. Kilsə Fransanın ən əhəmiyyətli memarlıq abidələrindən biridir.
Əli Hüseynov
















