İsrail və HƏMAS münaqişənin həlli istiqamətində addım atıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Məlumata görə, İsrail və Fələstinin Həmas hərəkatı Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin həlli planının əsas müddəaları barədə razılığa gəliblər.
Nəşrin mənbələrinə görə, yekun razılaşma yaxın gələcəkdə əldə edilməyəcək və potensial sövdələşmənin təfərrüatları mürəkkəbdir, onların işlənib hazırlanması üçün vaxt tələb olunur.
Mina Mikayılova















