• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT-dən həyəcan siqnalı: "Qəzzada aclıq getdikcə artır"

DÜNYA

11 Iyul 2024 | 15:18 | Müəllif: Gülşən Şərif

BMT-dən həyəcan siqnalı: "Qəzzada aclıq getdikcə artır"

"İsrailin Fələstin xalqına qarşı məqsədyönlü aclıq kampaniyası soyqırım zorakılığının bir formasıdır".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) müstəqil ekspertlərinin yaydığı bəyanatda yer alıb.

Bəyanata görə,  Qəzzada təxminən 495 000 nəfər və ya əhalinin 22 faizi qida çatışmazlığı yaşayır.

"Uşaqların qida və su çatışmazlığından ölməsi səhiyyə və sosial strukturların ciddi şəkildə zəiflədiyini göstərir. Beynəlxalq ictimaiyyəti istənilən vasitə ilə qurudan humanitar yardımın çatdırılmasını prioritetləşdirməyə, İsrailin mühasirəsinə son qoymağa və atəşkəs yaratmağa çağırırıq", - deyə ekspertlər qeyd ediblər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026