"Qəzzada atəşkəs əldə olunarsa, Livan Hizbullahı İsrailə hücumlarını dayandıracaq".
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu qrupun lideri Həsən Nəsrullah deyib.
O, bildirib ki, Livanın cənubunu və xalqını qorumaq vacibdir.
"Hizbullah İsraillə danışıqlarda Həmas hərəkatının qəbul edəcəyi istənilən qərarı dəstəkləyəcək", - deyə Nəsrullah qeyd edib.
Gülşən Şərif















