• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rusiya nüvə doktrinasını dəyişir?

DÜNYA

11 Iyun 2024 | 16:50

Rusiya nüvə doktrinasını dəyişir?

Rusiyanın nüvə doktrinasına ölkənin üzləşdiyi hər hansı yeni təhlükələrə cavab vermək üçün düzəlişlər edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov bildirib.

Onun sözlərinə görə, Rusiyada və ümumilikdə beynəlxalq vəziyyət dəyişir, bununla yanaşı, yeni çağırışlar, habelə təhdidlər yaranır:

“Əgər görsək ki, bu təhdidlərə qarşı çıxmaq üçün hər hansı sənədə, o cümlədən nüvə doktrinasına düzəlişlər etmək lazımdır, biz bunu edəcəyik", - o əlavə edib.

Günel Abbas


SON XƏBƏRLƏR

26 Iyul 2024