• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Rusiya XİN ABŞ-la dialoqa ümid edir

DÜNYA

26 Sentyabr 2022 | 16:07

Rusiya XİN ABŞ-la dialoqa ümid edir

Rusiya ABŞ-la dialoqu dayandırmayıb, o cümlədən nüvə məsələlərində.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.


“Birinci Kanal”da yayımlanan “Böyük oyun” proqramının efirində nüvə məsələləri üzrə təmasları şərh edərkən rusiyalı diplomat ölkəsinin ABŞ-la dialoqu, o cümlədən nüvə mövzusunda dialoqu dayandırmadığını söyləyib.

Ryabkov bildirib ki, Rusiya “SNV” (Strateji silahların azaldılması müqaviləsi) üzrə ABŞ-la dialoqun davam etdirilməsinə ümid edir.

“Rusiya Federasiyası “SNV” müqaviləsinin xüsusiyyətlərinə dair dialoqu davam etdirir, bəlkə də bu sahədə bu günə qorunub saxlanılan, nisbi proqnozlaşdırıla bilənliyi və sabitliyi təmin edən yeganə alətdir. Ümid edəcəyik ki, bu sahədə sağlam düşüncə qalib gələcək, bu mövzuda dialoq davam edəcək. Bizim müxtəlif istiqamətlər üzrə təmaslarımız qalır”, deyə rusiyalı diplomat vurğulayıb. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026