Ukrayna müharibənin 1334-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 130 180 hərbçi, 11 268 ədəd tank, 23 399 ədəd zirehli döyüş maşını, 33 834 ədəd artilleriya sistemi, 1 524 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 228 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 64 798 ədəd avtomobil texnikası, 71 967 ədəd PUA, 3 864 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 980 xüsusi avadanlıq itirib.