• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"S-400 məsələsi Türkiyə üçün bitdi" - Çavuşoğlu

SİYASƏT

24 Mart 2021 | 16:56

"S-400 məsələsi Türkiyə üçün bitdi" - Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Brüsseldə yerləşən NATO qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, Çavuşoğlu görüşdən sonra ölkəsində mətbuat konfransı keçirib. O görüş zamanı toxunulan məsələlərdən danışıb.

Çavuşoğlu qeyd edib ki, Blinkenlə konstruktiv olaraq görüşüb: "Görüş zamanı S-400 məsələsinin Türkiyə üçün bitdiyini dedim. Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyimizi bildirdim. ABŞ dövlət katibi ilə Türkiyədə və ya ABŞ-da daha geniş tərkibdə görüşün keçiriləcəyinə dair razılığa gəldik”.(unikal.org)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026