• Bakı 24° C

    14.23 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Sahibə Qafarova Serbiyadadır

SİYASƏT

01 Iyun 2026 | 17:22

Sahibə Qafarova Serbiyadadır

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Belqrad şəhərinin Nikola Tesla beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Serbiya Milli Assambleyasının Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026