Şahmatın rapid və blits növləri üzrə kişilər və qadınlar arasında ölkə çempionatına start verilib.
Bakıvaxtı.az xəbər verir ki, çempionat Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Rapid və blits üzrə kişilər və qadınlar arasında ölkə çempionatı "FİDE (Beynəlxalq Şahmat Federasiyası) Oyun Qaydalarına" əsasən İsveçrə sistemi üzrə 9 turdan ibarətdir.
Kişi və qadınlar arasında ölkə çempionatının mükafat fondu 10 min manat təşkil edir. Kişilərin yarışında 32, qadınlarda isə 20 şahmatçı mübarizə aparır. Azərbaycan çempionatının baş hakimi Lütfiyar Rüstəmovdur.
Qeyd edək ki, çempionatda ilk üç yeri tutacaq şahmatçılar AŞF tərəfindən dünya çempionatına ezam olunacaq.
Bakı 



