• Bakı 14° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

"Səs" qəzeti bağlanır? - YENİLƏNİB 

MEDİA

14 Noyabr 2025 | 17:24

"Səs" qəzeti bağlanır? - YENİLƏNİB

"Səs" qəzetinin fəaliyyəti dayandırılmayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

O bildirib ki, gündəlik çap olunan "Səs" qəzeti həftəlik nəşrə keçəcək:

"Kollektivlə restrukturizasiya və optimallaşdırma ilə bağlı müzakirələr aparılıb. Qəzetin həftədə bir dəfə nəşr olunması nəzərdə tutulur. İstər-istəməz gündəlik çap olunan qəzetin həftəlik nəşrə keçməsi kollektivin azaldılmasını zəruri edir.

Hesab edirəm ki, qəzet fəaliyyətini davam etdirəcək. "Səs" Media Qrupu da öz işinə davam edir və bu qərarın media qrupuna heç bir aidiyyəti yoxdur.

Qəzetə gəlincə, yanvar ayından etibarən həftədə ən azı bir dəfə, maliyyə resurslarımız araşdırıldıqdan sonra isə, ola bilsin ki, iki dəfə çap edilsin".

***

12:50

“Səs” qəzeti bağlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev sosial media hesabında paylaşım edib.

O, qəzetin bağlanmasının Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair qərarı ilə əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, qəzət 1991-ci ilin yanvar ayından fəaliyyət göstərirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026