• Bakı 16° C

    2.71 m/s

Simeone istefa verə bilər

İDMAN

11 Fevral 2022 | 20:26 | Müəllif: Subhan Mahmudov

Simeone istefa verə bilər

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone istefa verə bilər.

Bakıvaxtı.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi komandaların son nəticələrindən narazıdır. Buna görə argentinalı mütəxəssis klubdan tərk etmək barədə düşünə bilər.

Qeyd olunur ki, "Atletiko"nun yeni baş məşqçi ilə bağlı qısa siyahısında "İnter"dən Simone İnzaqi, PSJ-dən Maurisio Poçettino yer alıb.

Simeone 2011-ci ilin dekabrından "Atletiko Madrid"i çalışdırır. Onun rəhbərliyi altında klub iki dəfə İspaniya çempionu olub, həm də iki dəfə Avropa Liqasının qalibi olub. Dieqonun klubla müqaviləsi 2024-cü il iyunun 30-na kimi hesablanıb.

Bu mövsüm Madrid klubu La Liqada 22 turdan sonra 36 xalla turnir cədvəlində 5-ci yerdədir.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026