• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Mançester Yunayted" Premyer Liqada yeni rekorda imza atdı

İDMAN

13 Mart 2022 | 10:30

"Mançester Yunayted" Premyer Liqada yeni rekorda imza atdı

İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqadakı ev oyunlarında qələbə sayında rekord əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, XXIX turda "Tottenhem" üzərində 3:2 hesablı qələbədən sonra gerçəkləşib.

"Qırmızı şeytanlar" 400-cü ev qələbəsini qazanaraq, bu həddə çatan ilk komanda olub. Qalibiyyətlərin ən çoxu - 23-ü məhz "Tottenhem" üzərində əldə olunub.

Qeyd edək ki, hazırda "Mançester Yunayted" Premyer Liqada 29 oyundan 50 xalla 4-cü yerdə gedir. "Tottenhem" isə 45 xalla 7-cidir. Turnir cədvəlinə 69 xala malik "Mançester Siti" başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026