• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Türkiyə derbisində sevinən "Fənərbaxça" oldu

İDMAN

10 Aprel 2022 | 23:35 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyə derbisində sevinən "Fənərbaxça" oldu

Bu gün Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün son matçında İstanbul derbisi baş tutub.

Əzəli rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” birincilərin meydanında üz-üzə gəlib. Bu, İstanbul nəhənglərinin tarixi ərzində 395-ci, ölkə çempionatı çərçivəsində isə 130-cu dueli olub.

“Ülker” stadionunda 50 mindən çox azarkeşin izlədiyi görüş ev sahiblərinin qələbəsi ilə nəticələnib - 2:0. 26-cı dəqiqədə Mixa Zayç, 68-ci dəqiqədə isə Serdar Dursun fərlənib. 

“Sarı-lacivərdlilər” 4 oyundan sonra evdə qələbə həsrətinə son qoyub.

Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran “Fənərbaxçar” turnir cədvəlində 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə aktivindəki 41 xalla 14-cü yerə düşüb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026