• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan gimnastları Çexiyada 7 medal qazandı

İDMAN

10 Aprel 2022 | 23:21

Azərbaycan gimnastları Çexiyada 7 medal qazandı

Azərbaycan yığması Çexiyanın paytaxtı Praqa şəhərindəki aerobika gimnastikası üzrə açıq beynəlxalq turnirdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, komanda üzvlərindən fərdi proqramda Məryəm Topçubaşova (12-14 yaşlılar arasında) və Dilarə Qurbanova (15-17 yaşlılar arasında) bütün rəqiblərini üstələyiblər.

Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımovadan ibarət "üçlük" (15-17 yaşlılar arasında) və Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımovadan ibarət qrup (15-17 yaşlılar arasında) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar.

Yığmanın digər təmsilçisi Vladimir Dolmatov fərdi növdə böyüklər arasında gümüş medala sahib çıxıb. Böyüklər arasında "üçlük" proqramında Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və Vladimir Dolmatov da ikinci olublar.

Qarışıq cütlüklər proqramında isə Vladimir Dolmatov və Mədinə Mustafayeva bürünc medal əldə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026