• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ronaldo adını tarixə yazdırdı

İDMAN

13 Mart 2022 | 00:45 | Müəllif: Qalib İbrahimoğlu

Ronaldo adını tarixə yazdırdı

İngiltərə Premyer Liqasının XIX turunda “Mançester Yunayted” “Tottenhem”i qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, olduqca gərgin və bolqollu keçən qarşılaşma birincilərin super ulduzu Kristiano Ronaldonun benefesi ilə yadda qalıb.

Portuqaliyalı hücumçu het-trik edərək komandasına qələbə qazandırmaqla yanaşı adını da dünya futbol tarixinə qızıl hərflərlə yazıdırıb.

Belə ki, Ronaldo FIFA-nın nəzarəti altında keçirilən peşəkar futbol matçları tarixində ən çox qol vuran futbolçu ünvanını əldə edib (oxu.az) O, 12-ci dəqiqədə hesabı açaraq qollarının sayını 805-ə çatdırıb və uzun illərdir bu rekordu əlində saxlayan Josef Bisçana ortaq olub.

Qarşılaşmanın gedişində daha iki dəfə fərqlənən Ronaldo 807 qolla mütləq rekordçu kimi adını tarixə yazdırıb.

Matç isə “qırmızı şeytanlar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026