Azərbaycanda COVID-19 virusuna yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, ölkədə son sutka ərzində 5180, hazırkı dövrədək isə ümumilikdə 3 267 835 test aparılıb.
















