Honq-Konq əsilli amerikalı aktyor və döyüş sənəti ustası Brüs Linin həddindən artıq su içməkdən öldüyü ehtimal edilir.
Bakıvaxtı.az xatırladır ki, Li 1973-cü ildə 32 yaşında yatağında ölü tapılıb.
İspan alimləri Linin yarılma hesabatını yenidən araşdırıblar. Aktyorun ölümündən əvvəl beyninin çox şişməsi o vaxt qəbul etdiyi ağrıkəsicilərlə əlaqələndirilirdi. Onun ölməzdən əvvəl marixuana çəkib su içdiyi məlum idi.
Mütəxəssislər onun böyrəklərinin içdiyi artıq suyu çıxara bilmədiyini açıqlayıb. Çünki beyin ödemi qanda natrium konsentrasiyasının azalması ilə bağlı yaranır.
Li öləndə beyninin çəkisi 1575 qram olub. Normalda 1400 qram olmalı idi.
Aytac Aslan















