• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qızım ailə qurmağımı istəyir" - Lalə Məmmədova

MƏDƏNİYYƏT

20 Dekabr 2022 | 15:44

"Qızım ailə qurmağımı istəyir" - Lalə Məmmədova

"Heç bir qadın sevgisiz yaşamağa məhkum deyil. Hər kəsin sevmək, xoşbəxt olmaq haqqı var. Sevgi həyatım sakit gedir. Sevgi o qədər gözəl duyğudur ki... İnsanı həyata bağlayıb, motivasiya verir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Şou xəbər" proqramında deyib. Müğənni yaşadığı eşqdən ağızdolusu danışıb:

"Ailə dağılması hər kəsin başına gələ bilər. Bir işi görüb peşman olmaq daha yaxşıdır, nəinki tərsinə... Yaş keçdikcə bu, insana çox əziyyət verir. Həyatımda yaşadığım heç bir şeyə görə peşman deyiləm. Allah bundan sonrakı peşmançılıqlarından qorusun.

Böyük qızım deyir ki, ana, ailə qur".

Qeyd edək ki, L.Məmmədovanın Nərgiz və Çinarə adlı iki qız övladı var.

 Qeyd edək ki, Lalə Məmmədova İlham Qafarov adlı şəxslə 2004-cü ildə ailə qurub. Cütlük 2013-cü ildə boşanıb. Onların Nərgiz və Çinarə adında iki qızları var. Bir müddət əvvəl Lalə müsahibələrinin birində eşq yaşadığını etiraf edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026