• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fərda Coşqunun qadın geyimində səhnəyə çıxmasından DANIŞDI

MƏDƏNİYYƏT

18 Yanvar 2023 | 12:20

Fərda Coşqunun qadın geyimində səhnəyə çıxmasından DANIŞDI

Aktyor Fərda Xudaverdiyev "Qadın paltarında atılıb düşməyə ehtiyac yoxdur" sözlərinə aydınlıq gətirib. 

Bakıvaxtı.az xəbər verir ki, sənətçi "Səhərin səsi" verilişində Əməkdar artist Rafael İsgəndərov və Coşqun Rəhimova söz atmadığını deyib:

"Söhbət məndən gedirsə, qadın paltarı geyinmirəm. Geyinənlərə isə pis baxmıram. Başlığı oxuyub, şərh yazıblar. Mənim seçimim belədir. Rafael və Coşqun bizdən əvvəl sənətə gələn insanlardır. Verdilər, Fərda deyir ki, qadın paltar geyinmək olmaz. Altına qoydular Rafael və Coşqunun şəklini. Sosial şəbəkədəkilər də söyüşdən yazırlar. Bir oturub videoya baxın, görün nə demişəm. Bu yaşa gəlmişəm, eyni səhnəni bölüşürük. Fərda Rafael, Coşqunla gündəmə gəlməyə ehtiyac duydu? İlk növbədə aramızda yaş fərqimiz var. Onların qadın paltarı geyinməyi, günlərlə konsert verməyi danılmazdır. Qadın incəlikləri var. Coşqun bu rolu elə oynayır ki, qadın baxanda deyir, jestə bax". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026