• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Cavan Zeynallı xanımının vəfatından DANIŞDI

MƏDƏNİYYƏT

18 Yanvar 2023 | 15:00

Cavan Zeynallı xanımının vəfatından DANIŞDI

Xəbər verdiyimiz kimi, Xalq artisti Cavan Zeynallı ötən ilin dekabrında həyat yoldaşı Röya xanımı itirib. 

Bakıvaxtı.az xəbər verir ki, caz ifaçısının xanımının ölüm xəbəri isə bir neçə gün əvvəl mediada yayılıb. İfaçının evində çalışan köməkçisi onun özünə qapandığını, danışmadığını, zənglərə cavab vermədiyini bildirib. 

C.Zeynallı Axşam.az-a açıqlama verərək "Fevralın 6-da xanımımın 40 mərasimidir. İndi mən yasımı saxlayıram. 40 mərasimini verəndən sonra hər şeyi danışacağam. Efirə də çıxacağam, sualları da cavablandıracağam. Amma həmin vaxta qədər imkan versinlər yasımı saxlayım" sözlərini söyləyib. 

Qeyd edək ki, Röya Zeynallının ötən ilin sonunda səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026