• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Məşhur aktyor qala gecəsində infarkt keçirdi

MƏDƏNİYYƏT

18 Yanvar 2023 | 17:51 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur aktyor qala gecəsində infarkt keçirdi

Türkiyəli aktyor Muhlis Asan infarkt keçirib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bizi Unutma" tamaşasının qala gecəsində infarkt keçirən aktyor reanimasiya şöbəsində yerləşdirilib. M.Asanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Muhlis Asan ötən gecə Şişli Cəmil Candaş Şəhər Mədəniyyət Mərkəzində səhnəyə qoyulan Orhan Aydın və Levent Üzümcünün "Bizi Unutma" tamaşasının qala gecəsinə qatılıb. Qalada Asan özünü yaxşı hiss etmədiyini bildirib və tədbirdə qala bilməyəcəyini deyərək, zalı tərk edib.

Bacısı ilə birlikdə taksi ilə evə qayıdan Mühlis Asanın bir müddət sonra vəziyyəti daha da pisləşib. Bacısı tərəfindən xəstəxanaya çatdırılan Asanın aparılan yoxlamalar nəticəsində infarkt keçirdiyi müəyyən edilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR