Əməkdar artist Elza Seyidcahan Türkiyədə zəlzələdə dünyasını dəyişən azərbaycanlı tələbələrlə bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni paylaşımında bu sözləri yazıb:
"Sizin də alnınıza bu yazılıbmış, əziz balalar. Getdiniz ki, özünüzə gələcək qazanasınız. Allah sizə cənnəti qazandırdı. Nur içində yatasınız, ağıllı balalar".
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə ötən gün dəfn olunublar.

















