• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Xəstə uşağımıza aliment ödəmir" - Mətanət Əhmədova

MƏDƏNİYYƏT

18 Yanvar 2023 | 11:09

"Xəstə uşağımıza aliment ödəmir" - Mətanət Əhmədova

"Kirayələr kraliçasıyam. 19 ildir… Həyat yoldaşımla 8 ildir ki, ayrılmışam. Sadəcə, bu haqda danışmırdım. Uşaqlara da özüm baxıram. Buna görə həyat yoldaşımı qoyub getməzdim. Amma o, məni qoyub getdi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət Əhmədova "Bizimləsən" proqramında deyib. Aktrisa həyat yoldaşından ayrıldığını, keçmiş ərinin ona və övladlarına baxmadığını etiraf edib:

"7-8 ildir ayrılmışıq. Uşaqlara mən baxıram. Aliment də ödəmir. Bir-iki aydır ki, bir az aliment ödəyib. Yığılanlar da qalıb. 2017-ci ildən bu yana o aliment ödəmir. Bu yaxınlarda onu yenidən məhkəməyə vermişəm. Həyat yoldaşımdan uşaqlarımıza baxmadığına görə ayrılmışam. Bir övladımın da səhhətində problemi var. Tək qazancım teatrdan və çəkilişlərdəndir. Heç bir aya min manat qazanmıram. 400 manat kirayə pulu ödəyirəm. Buna da şükür, amma çox çətindir. 

Həyat yoldaşım gedib maaşını aşağa saldırıb ki, aliment ödəməsin. İki oğlan övladım var. Birinin 18 yaşı var, birinin isə 15 yaşı var. 15 yaşlı oğlum birinci tip şəkər xəstəsidir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026