Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov bu dəfə Sinqapura istirahətə yollanıb.
Bakıvaxtı.az xəbər verir ki, bundan əvvəl Tayland və İndoneziyaya yollanan Hüseyn Sinqapurda kazinodakı əyləncəsini nümayiş etdirib.
Hüseyn paylaşımında "Restorana giriş imkanı əldə etmək və kazinoda oynamaq üçün 100 min dollar depozit qoymaq lazımdır. Sonra bu kartı verirlər. Bu, 7 milyon rubl edir. Kartı geri qaytaracağam. Bu ən bahalı kart deyil. Çinlilər bu karta neçə milyon dollar qoyurlar" sözlərini qeyd edib.
O, daha sonra sərf etdiyi və qazandığı məbləği nümayiş etdirib.















jpg-1676459567.webp)

