"Ən gözəl şəfa sevgi, sədaqət, hörmətdir. Gün keçdikçe insanlarda bu və bunlar kimi bir çox gözəl duyğuların tükəndiyini görürük".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova bildirib. Hazırda ailəsi ilə birlikdə Türkiyədə yaşayan sənətçi insanlara səslənərək, bunları əlavə edib:
"Nə olar qəlbimizi kirlətməyək, yaxşı, mərhəmətli olaq: əvvəlcə özümüzə sonra dünyadakı bütün canlılara, təbiətə, suya, torpağa qarşı. Yaxşılıqdan heç kim zərərli çıxmayıb. Sevgi xilas edir və sağaldır. Hz.Məhəmmədin bu cümləsini hər oxuduğumda içim isinir: "Layiq olmadığın bir rəftar gördüyündə unutma, o insan sənin dəyərini bilmədən ölməz". Ən təmiz iş, onun ədalətinə sığının, vəssəlam. Mən elə edirəm".










jpg-1674041081.webp)





