Sumqayıt şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, yolu keçən 2000-ci il təvəllüdlü Musayev Ramin Akif oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.
Fakt araşdırılır.











jpg-1725973886.webp)



