• Bakı 17° C

    2.69 m/s

Şuşada məlumatlandırma lövhələri yerləşdiriləcək

CƏMİYYƏT

24 Avqust 2023 | 17:13

Şuşada məlumatlandırma lövhələri yerləşdiriləcək

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsi Şuşa şəhərində ictimai xarakterli və tarixi abidələr üçün məlumatlandırma lövhələrinin hazırlanması və quraşdırılması işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi "PRİNTEKS CO" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qalib şirkətlə 95.799,96 manat dəyərində müqavilə imzalanacaq.

Tenderin şərtlərinə görə, Şuşada abidələr barədə məlumat lövhələrinin (Şuşa şəhəri ərazisində yerləşən abidələr barədə məlumat lövhələrinin texniki tapşırığa uyğun dizayn olunması, rəngli və yüksək keyfiyyətli materialdan hazırlanması, Şuşa şəhərinə çatdırıması və montaj olunması) və ictimai xarakterli məlumatlandırma lövhələrinin (Şuşa şəhəri ərazisində İçtimai xarakterli məlumat lövhələrinin texniki tapşırığa uyğun dizayn olunması, rəngli və yüksək keyfiyyətli materialdan hazırlanması, Şuşa şəhərinə çatdırıması və montaj olunması) yerləşdirilməsi nəzərdə tutulub.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026