• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş oldu

CƏMİYYƏT

23 Sentyabr 2023 | 15:32

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş oldu

Polşa Hərbi Texnologiyalar Universiteti və Müharibə Tədqiqatları Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

İkitərəfli əməkdaşlıq planına əsasən, Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.

Görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026