Mingəçevir su anbarında itkin düşən balıqçının meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub. Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb, Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış tədbirlərinə cəlb olunub.
parılan axtarış işləri nəticəsində S.Bayramovun meyiti sahildən təqribən 5km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.




jpg-1700647072.webp)

jpg-1700645528.webp)

jpg-1700644067.webp)







