• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Vətəndaşlardan qanunsuz saxlanılan səkkiz odlu silah götürüldü

CƏMİYYƏT

22 Noyabr 2023 | 13:06

Vətəndaşlardan qanunsuz saxlanılan səkkiz odlu silah götürüldü

Göyçay  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat və profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, son bir gün ərzində keçirilən əməliyyat tədbirləri ilə vətəndaşlardan ümumilikdə 8 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb. 

Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən ikisi tapança, biri yivli “TOZ-8”, 24-ü isə ov tüfəngi olmaqla ümumilikdə 27 odlu silah götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində həmin 27 silahdan beşini vətəndaşlar könüllü şəkildə polisə təhvil veriblər. 

Baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə zəruri əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026