• Bakı 21° C

    5.28 m/s

Uşağını tək böyüdən atalara YENİ HÜQUQ

CƏMİYYƏT

22 Dekabr 2023 | 11:59

Uşağını tək böyüdən atalara YENİ HÜQUQ

Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026