• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sexdəki partlayış nəticəsində ölənlərin sayı ARTDI

CƏMİYYƏT

20 Yanvar 2024 | 16:16

Sexdəki partlayış nəticəsində ölənlərin sayı ARTDI

Xəbər verildiyi kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a veriilən məlumata görə, bu gün saat 14 radələrində yaralılardan 1 nəfər - Rüstəmov Adil Aydın oğlu (1996)  göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölmüş, bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatmışdır. Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026