“Hal-hazırda yaxşıyam. Təhlükə keçdi".
Bakıvaxtı.az xəbər verir kii, bunu "Günun səsi"nə açıqlamasında Türkiyədə ağır cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev son durumu ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, kifayət qədər ağır vəziyyət idi:
"Həkimlərin yüksək peşəkarlığı burda rol oynadı. Vaxtında müraciət, arxadan gələn dəstək bunlar hamısı bu nəticəni verdi. Hal-hazırda yaxşı vəziyyətə gəlib çatdım. Hətta ondan da yaxşı vəziyyətə də gəldim. Çünki bilmədiyim gizli sağlıq problemlərim də var imiş. Onlar da üzə çıxdı və həll olundu. Sabaha, ya bu günə buraxılacam. Bir neçə gün evde qalacam. Sonra Bakıya qayıdacam. Hər kəsə təşəkkür edirəm. Hər kəsə diqqətinə görə minnətdaram. Heç kəsə cavab verə bilməsəmdə hamısını mənə deyirdilər”.
Qeyd edək ki, Cavanşir Quliyev fevralın 12-də Türkiyədə əməliyyat olunub.
















