• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Bakıda küllli miqdarda oğurluq oldu

CƏMİYYƏT

22 Noyabr 2023 | 12:26

Bakıda küllli miqdarda oğurluq oldu

Bakının Suraxanı rayonunda küllli miqdarda oğurluq olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsində bir evdən 1700 manat pul və 3300 manat dəyərində məişət əşyaları, digər evdən isə 1400 manat dəyərində təmir alətləri və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Dünyamalı Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026