Xəbər verdiyimiz kimi, Birləşmiş Ştatlar Ukraynaya gizli olaraq uzaqməsafəli ATACMS taktiki raketləri göndərib.
Bakıvaxtı.az xəbər verir ki, Klyumenko Time Telegram-kanalı yazır ki, Ukrayna prezidenti Volodimir Zelenski özünün videomüraciətində bəyan edib ki, Ukrayna ABŞ-ın göndərdiyi Army Tactical Missile System (ATACMS) taktiki raketlərindən istifadə eyməyə başlayıb.
Taktiki raketlə ilk zərbə Rusiya hərbi qüvvələrinin Zaparojye vilayətindəki aeroportuna endirilib.
Zelenski, Co Baydenlə bağlanan müqavilənin yerinə yetirilməsiylə bağlı ABŞ-a təşəkkürlərini bildirib. "Amerikan raketləri özünü göstərdi"- deyə Ukrayna prezidenti bildirib.
İsmayıl Alısoy
















