Müğənni Tacir Şahmalıoğlu başına gələn xoşagəlməz hadisədən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, “Elcanlı” verilişində qonaq olan sənətçi illər öncə bir qrup insan tərəfindən ona qarşı konpaniyaların baş tutduğunu bildirib.
İfaçının sözlərinə görə, 26 il öncə onu zəhərləməyə çalışıblar:
"Bu hadisə 1998-ci ildə baş verib. Bilə-bilə çayıma nəsə qatıb, mənə içməyə vermişdilər. Bunu sonradan bildim. 2 ay səsim batdı. Qorxan gözə, çöp düşər. Mən elə şeylərdən heç zaman qorxmamışam. Amma ondan sonra diqqət edirəm ki, bir də elə şey olmasın".
Ziyafət Əlisoy
















