• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Tanınmış aparıcı İTV-dən getdi - FOTO

CƏMİYYƏT

22 Avqust 2022 | 15:01 | Müəllif: Subhan Mahmudov

Tanınmış aparıcı İTV-dən getdi - FOTO

Tanınmış aparıcı, jurnalist Kəmalə Əliiskəndər qızı İTV-dən ayrılıb.

Bakıvaxtı.az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, xanım jurnalist öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, o, 2018-ci il iyunun 5-dən İTV-nin "Xəbərlər" departamentinin direktor müavini vəzifəsində fəaliyyət göstərib. K.Əliiskəndərqızı 2018-2019-cu illərdə ana xəbər buraxılışının aparıcısı kimi efirə çıxıb.

Xanım jurnlaist 1995-2005-ci illərdə AZTV-də aparıcı, redaktor, müxbir,  2005-2016-ci illərdə ANS-də "Şirin çay", "İç xəbər", "Xəbərçi" layihələrində aparıcı,rəhbər, redaktor, müxbir, 2016-2017-ci illərdə "İnterAz" televiziyasında xəbərlərin baş redaktoru vəzifələrində çalışıb. O, 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Xatırladaq ki, bu, İTV-də ilk ayrılma deyil. Bundan əvvəl tanınmış aparıcılar Leyla Quliyeva, Alidə Fərhadqızı, Jalə Əliyeva da kanalla yollarını ayırıblar.


Tanınmış aparıcı İTV-dən getdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR