• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əflatun Amaşov baş redaktor təyin olunacaq?

CƏMİYYƏT

21 Sentyabr 2022 | 14:24

Əflatun Amaşov baş redaktor təyin olunacaq?

"Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov vəzifəsindən azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, o, açıqlamasında informasiyanı təsdiqləyərək “hələlik yeni təyinat yoxdur, hər şey günortadan sonra bilinəcək”, deyə söyləyib.

Sosial şəbəkələrdə və media camiəsində isə sözügedən vəzifəyə Mətbuat Şurasının sədri Əflatun Amaşovun təyin ediləcəyi ilə bağlı iddialar səsləndirilir. Belə ki, sözügedən postun məhz Əflatun Amaşov üçün boşaldıldığı bildirilir.

Məsələni dəqiqləşdirmək üçün Sfera.az-ın əməkdaşı Amaşovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında yayılan informasiyalardan xəbərsiz olduğunu deyib: “Başım çox qarışıqdır. İki gündən sonra keçiriləcək qurultaya hazırlaşırıq. Bu barədə xəbərsizəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026