Tayvan illik "Hanguang" hərbi təlimlərinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Focus Taiwan" məlumat yayıb.
Məlumata görə, təlimlər iyulun 18-dək davam edəcək və Tayvanın tarixində ən uzunmüddətli təlim olacaq.
Nəzərə çatdırılıb ki, bu dəfəki təlimlərə rekord sayda - 20 000 ehtiyat əsgər cəlb olunacaq. Mülki şəxslər də iştirak edəcək və onlar sığınacaqlara çevrilmiş böyük supermarketlər şəbəkəsinin zirzəmilərini yoxlayacaqlar. Həmçinin təlimlərdə yerli hakimiyyət orqanları onların böhran vəziyyətində əsas xidmətlər və təchizatlarla təmin etməyə hazır olduqlarını qiymətləndirəcəklər.
1984-cü ildən bəri belə təlimlərin adətən beş gün, dörd gecə davam etdiyi bildirilib.
Qeyd olunub ki, məqsəd Çinin mümkün işğalı qarşısında Tayvanın döyüş hazırlığını yoxlamaqdır.
Mina Mikayılova