"17.10.2022-ci il tarixində saat 01:30-da təcili tibbi yardım avtomobili ilə 1981-ci il təvəllüdlü 34-35 həftəlik hamilə olan Q.P. Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzinə yerləşdirilib".
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub: "Mərkəzin Qəbul bölməsinə yerləşdirilən xəstəyə həkim heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. İlkin müdaxilə zamanı pasiyentdə hemorragik şok, uşaqlığın çapığının cırılması və onun bətnində ölü döl olduğu məlum olub. Pasiyentə göstərilən bütün tibbi xidmətlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Qubada doğuş zamanı ana və körpəsi ölüb. Hadisə Quba Regional Perinatal Mərkəzdə qeydə alınıb.
Belə ki, Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Pərzad Firudin qızı Qasımova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır
Nuranə Daxilqızı





jpg-1668582530.webp)










