• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hormonal qidaların sağlamlığımıza vurduğu ziyanlar

CƏMİYYƏT

16 Noyabr 2022 | 10:39

Hormonal qidaların sağlamlığımıza vurduğu ziyanlar

“Qidalarda istifadə edilən hormonlar xərçəngə tutulma riskini artırır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu mütəxəssis dietoloq Aslıhan Küçük Budak deyib.

Onun sözlərinə görə, bu hormonlardan biri süd məhsuldarlığını artırmaq üçün inəklərə yeridilmiş genetik cəhətdən dəyişdirilmiş iribuynuzlu böyümə hormonudur (rBGH). rBGH süddə insulinə bənzər böyümə faktorunun (IGF-I) artmasına səbəb olur. IGF-I həm normal hüceyrələrin, həm də xərçəng hüceyrələrinin böyüməsinə səbəb olur. Qanda IGF-I səviyyəsinin artması limfa, döş, uşaqlıq, yumurtalıqlar, prostat, yoğun bağırsaq, ağciyər və mədəaltı vəzi xərçənglərini aşkar edə bilər.

Hormonlu qidalar orqanizmdə şişlik və yağlanma yaradır. Həmçinin, qadınlarda menstruasiya pozğunluqları, kişilərdə sperma sayının azalması və iqtidarsızlıq, oğlanlarda isə bədəndəki hormon tarazlığını pozaraq süd vəzilərinin böyüməsi kimi problemlərə səbəb ola bilər.

İnsanlarda hormonal qidaların yaratdığı digər sağlamlıq problemləri allergik reaksiyalardır. Qida allergiyası immunitet sistemi ilə əlaqədardır və hormonları olan qidalar immunitet sistemində pozğunluqlara səbəb ola bilər. Nəticədə dil və dodaqların şişməsi və qaşınması, gözlərdə qızartı və şişkinlik, nəfəs almaqda çətinlik, qarın ağrısı, ishal, qusma və ekzema kimi əlamətlər yarana bilər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026