"Bütün dünyada və Azərbaycanda da pandemiya bəlli səviyyənin altındadır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumda deyib.
Onun sözlərinə görə, pandemiya dövrü təcili tibbi yardım xidmətlərinin nə qədər vacib olduğu bir daha təsdiqləndi. H.Harmancı deyib ki, məqsəd bu istiqamətdə ciddi təkmilləşdirmələr aparmaqdır.
"Bütün dünyada və Azərbaycanda da pandemiya bəlli səviyyənin altındadır. Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq. Amma bu o demək deyil ki, yeni pandemiya olmayacaq" deyən Hande harmancı qeyd edib ki, ona görə bütün təcili tibbi yardım sistemlərini və digər tibb sistemlərinin gücləndirməkdə fayda var.
















