• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

CƏMİYYƏT

16 Noyabr 2022 | 11:06

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.

Mümkün təxribatın qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edən tabor cəmləşmə rayonu istiqamətində hərəkət edib və şərti düşməni zərərsizləşdirərək ilkin tapşırığı müvəffəqiyyətlə yerinə yetirib.

Növbəti mərhələdə müşahidə postları qurulub və bölmələr tərəfindən yaşayış məntəqələrində axtarış əməliyyatları icra olunub.

Təlimin keçirilməsində əsas məqsəd taborun döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargah fəaliyyəti ilə bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşü idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Yüksək peşəkarlıqla görülən fəaliyyətlər nəticəsində təlimdə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub.


Müdafiə Nazirliyi MƏLUMAT YAYDIMüdafiə Nazirliyi MƏLUMAT YAYDIMüdafiə Nazirliyi MƏLUMAT YAYDIMüdafiə Nazirliyi MƏLUMAT YAYDIMüdafiə Nazirliyi MƏLUMAT YAYDIMüdafiə Nazirliyi MƏLUMAT YAYDIMüdafiə Nazirliyi MƏLUMAT YAYDIMüdafiə Nazirliyi MƏLUMAT YAYDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026